Azərbaycan Prezidenti Ukrayna baş nazirinin birinci müavinini qəbul edib
21 aprel 2011 17:08 (UTC +04:00)

Azərbaycan Prezidenti Ukrayna baş nazirinin birinci müavinini qəbul edib

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Ukrayna arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi vurğulanıb.

İqtisadi əlaqələrimizin genişlənməsində hökumətlərarası birgə komissiyanın rolu qeyd olunub və bu baxımdan komissiyanın Bakıda keçirilən 9-cu iclasının önəmi olduğu bildirilib. Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586

Oxşar yazılar