Türkiyəli alim: “ABŞ Qarabağın müstəqilliyini tanıya bilər” - MÜSAHİBƏ
“Rusiyanın dövlət arxivlərindəki 120 sənəddə erməni məsələsi” kitabının müəllifi, türkiyəli alim Mehmet Perinçekin APA-nın Moskva müxbirinə müsahibəsi
- Rusiya dövlət arxivlərində araşdırma apararkən Qarabağ məsələsi ilə bağlı hər hansı sənədlərə və faktlara rast gəldinizmi?
- Arxivlərdə Qarabağ məsələsi ilə bağlı xeyli sənədə rast gəlmişəm. Bunlar hamısı tarixi faktlardır. Rast gəldiyim faktlar içərisində maraqlı nüanslar var. Arxivdən tapdığım sənədlər içərisində Daşnak Ermənistanı dövrünə aid sənəddə göstərilir ki, ermənilər həmin vaxtı Qarabağda azərbaycanlı əhaliyə qarşı vəhşiliklər törədiblər. Bundan başqa, arxivlərdən tapılan sənədlərdə Qarabağın tarixi Azərbaycan torpağı olduğu göstərilir. Bu barədə arxivlərdə Lenin, Stalin və Orconikidzenin yazışmaları var. Stalin yazışmalarının birində türkləri və azərbaycanlıları dəstəklədiyini qeyd edir. O, bu məsələdə azərbaycanlıların və türklərin haqlı olduğunu yazır.
- Bir tarixçi alim kimi Qarabağ probleminin həllini necə görürsünüz?
- Problemin sülh yolu ilə həlli çox çətindir. Çünki burada çox müxtəlif faktor var. Bunlar Rusiya və Qərb, Azərbaycan və Ermənistan faktorlarıdır. Ona görə də, problemin yaxın zamanlarda sülh yolu həll edilməsi mümkün olmayacaq.
- Qarabağ məsələsində Türkiyə və Rusiyanın mövqeyini necə qiymətləndirirsiniz?
- Türkiyənin mövqeyi açıq və aydındır. Bu, hamıya bəllidir. Türkiyə Azərbaycanın haqlı mövqeyinin tərəfdarıdır. Rusiyaya gəldikdə, Moskva hazırda Azərbaycan tərəfə yönəlib. Çünki Ermənistan və ABŞ arasında danışıqlar olub. Həmin danışıqlarda Ermənistan öz ərazisində yerləşən Rusiya hərbi bazalarını ölkədən çıxaracağı təqdirdə, ABŞ-ın Qarabağın müstəqilliyini tanıya biləcəyi əksini tapıb. Rusiya bu danışıqlardan xəbərdar olub, ona görə də mövqeyini Azərbaycan tərəfə yönəldib.
- Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin yaxın vaxtlarda bərpa olunması mümkündürmü?
- Xeyr. Bu mümkün deyil. Ümumiyyətlə, Ermənistanla Türkiyə arasında protokolların imzalanması yüz faiz yanlış addım idi. Ümid edirəm ki, Türkiyənin Xarici İşlər Nazirliyi və hökuməti bunun yanlış olduğunu görüb.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29