Azərbaycanın Belarus, Moldova, Gürcüstana yeni səfirləri təyin edildi - YENİLƏNİB
20 aprel 2011 19:59 (UTC +04:00)

Azərbaycanın Belarus, Moldova, Gürcüstana yeni səfirləri təyin edildi - YENİLƏNİB

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əli Teymur oğlu Nağıyevin Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması barədə sərəncam verib.

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, Əli Nağıyev Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifəsindən də geri çağırılıb.

Prezidentin sərəncamı ilə İsfəndiyar Bəxtiyar oğlu Vahabzadə Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq, Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Azər Tofiq oğlu Hüseyn Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq, Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyevin sərəncamı ilə Namiq Həsən oğlu Əliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq Azərbaycanın Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662

Oxşar yazılar