Xələf Xələfov Səudiyyə Ərəbistanının səfirini qəbul edib
20 aprel 2011 17:35 (UTC +04:00)

Xələf Xələfov Səudiyyə Ərəbistanının səfirini qəbul edib

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, xarici işlər nazirinin müavini Xələf Xələfov səfir Fəhd bin Əli əd-Dusərini qəbul edib.
Görüş zamanı ölkələr arasındakı ikitərəfli münasibətlər, xüsusilə iki ölkə arasında mövcud olan iqtisadi əlaqələr müzakirə edilib, “Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”in ratifikasiya sənədlərinin mübadiləsi haqqında protokol imzalanıb.
Daha sonra tərəflər sözügedən sazişin investisiya layihələrinin inkişafına xidmət edəcəyi fikrində olduqlarını qeyd ediblər. Eyni zamanda qeyd olunan sənədin qüvvəyə minməsinin Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında mövcud olan müqavilə-hüquq bazanın daha da genişləndirdiyini və bunun iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etməsinin göstəricisi olduğunu vurğulanıb.
Qeyd edək ki, prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri zamanı, 2005-ci il martın 9-da imzalanmış bu Saziş, müvafiq müddəalarına uyğun olaraq ratifikasiya sənədlərinin mübadiləsi tarixindən otuz gün sonra, yəni cari ilin 20 may tarixindən qüvvəyə minəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 663

Oxşar yazılar