Elmar Məmmədyarov Avropa Şurasının Azərbaycandakı ofisinin yeni rəhbərini qəbul edib - FOTO
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Azərbaycandakı ofisinin yeni təyin olunmuş rəhbəri səfir Konstantin Yerokostopolosu qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Konstantin Yerokostopolosa yeni fəaliyyətində uğurlar arzulayıb və Azərbaycanın Avropa Şurasının ofisi ilə əməkdaşlığı daha da genişləndirməyə hazır olduğunu söyləyib.
Konstantin Yerokostopolos Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın genişləndirməsi üçün çalışacağını bildirib. Elmar Məmmədyarov isə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar barədə ona məlumat verib, Azərbaycanın işğal olunmuş ərazilərində Sahə Qiymətləndirmə Missiyasının həyata keçirilməsindən sonra ATƏT-in yaranmış mövcud vəziyyəti qəbul edilməz hesab etdiyini xatırladıb. Xarici işlər naziri Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının və məcburi köçkünlərimizin öz torpaqlarına qayıtmasının ən mühüm məsələ olduğunu vurğulayıb.

Oxşar yazılar

İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05
Özünüzü qoruyun: MOSSAD-dan iranlılara MESAJ
29 iyun 2025 , 14:28