Mübariz Qurbanlı: “Cəmiyyət radikalizmə “yox” deyir”
02 aprel 2011 17:42 (UTC +04:00)

Mübariz Qurbanlı: “Cəmiyyət radikalizmə “yox” deyir”

Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı İctimai Palatanın bu gün keçirdiyi aksiyaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, aprelin 2-də aksiyaya cəhd edilməsi bir daha göstərib ki, Azərbaycan vətəndaşları, cəmiyyət radikalizmə “yox” deyir: “Ona görə də bu gün keçirilən sözügedən aksiyaya heç kim qatılmadı”.

Qeyd edək ki, İctimai Palataya (İP) daxil olan partiyalardan Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və AMİP sədri Yusif Bağırzadə isə aksiyanın baş tutduğunu söyləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592

Oxşar yazılar