BƏƏ-dəki Azərbaycan diasporu 31 mart soyqırımı ilə bağlı bəyanat yayıb
31 mart 2011 11:35 (UTC +04:00)

BƏƏ-dəki Azərbaycan diasporu 31 mart soyqırımı ilə bağlı bəyanat yayıb

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bəyanatda son 200 il ərzində ermənilərin xalqımıza qarşı apardığı soyqırımı əməliyyatları haqda ətraflı məlumat verilir.

Bəyanatda qeyd edilir ki, son 200 il ərzindən 1 milyondan artıq azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilərək soyqırıma məruz qalıb. 1918-ci ilin mart hadisələrinə Azərbaycan Demokratik Respublikası (ADR) yarandıqdan sonra diqqət yetirib, 1919 və 1920-ci illərdə 31 Mart günü ümumxalq hüzn günü kimi qeyd edilib. Lakin ADR süquta uğradığı üçün buna siyasi qiymətin verilməsi mümkün olmayıb: “Nəhayət, Azərbaycan 1991-ci ildə özünün son müstəqilliyini əldə etdikdən sonra 1918-ci il hadisələrinə 80-ci ildönümü ərəfəsində Heydər Əliyevin verdiyi sərəncama əsasən, 31 Mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir”.

Sənəddə o da vurğulanır ki, BMT-nin 4 və İslam Konfransı Təşkilatının çoxsaylı qətnamələrinə baxmayaraq, erməni qoşunları Qarabağı işğal etməkdə davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 617

Oxşar yazılar