İsrailli jurnalist qrupu Diasporla İş üzrə Dövlət Komitəsində olub
İsraildən olan bir qrup jurnalist Azərbaycana səfər çərçivəsində martın 29-da Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində olub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycanla İsrail arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib.
Azərbaycanla İsrail arasında münasibətlərin dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını qeyd edən Nazim İbrahimov bunun Azərbaycan və yəhudi xalqlarının dost və qardaş münasibətlərindən qaynaqlandığını vurğulayıb. Dövlət Komitəsinin sədri Azərbaycanda heç bir zaman antisemitizm hallarının müşahidə edilmədiyini, İsrailli jurnalistlərin ölkəmizə səfərinin iki ölkə və xalq arasında əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcəyinə əmin olduğunu söyləyib.
İsrailli publisist və ictimai xadim Aviqdor Eskin israilli jurnalist qrupunun Azərbaycana səfəri ilə bağlı Ermənistan mətbuatında dərc olunan tənqidi məqalələrə işarə edərək deyib ki, “bizim Azərbaycana gəlişimizdən bəzi bədxahların son dərəcə azğınlaşması bizim bu səfərimizin mühüm əhəmiyyət kəsb etməsindən xəbər verir”. Azərbaycana səfərlərini mətbuat konfransı ilə başladıqlarını qeyd edən Aviqdor Eskin kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşdə diqqəti Xocalı soyqırımını törətmiş cinayətkarların cəzalandırılmalı olduqlarına yönəltdiklərini nəzərə çatdırıb. Aviqdor Eskin Diasporla İş üzrə Dövlət Komitəsinin son illər dünyadakı Azərbaycan diasporunun birləşməsi üçün mühüm işlər gördüyünü xüsusi olaraq vurğulayıb.
Nazim İbrahimov Dövlət Komitəsinin yarandığı vaxtdan bəri dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların milli-mədəni özünəməxsusluğunu saxlamalarına dəstək verdiyini, azərbaycanlıların yaşadıqları ölkələrin daxili işlərinə qarışmadıqlarını dilə gətirib. Onun sözlərinə görə, Dövlət Komitəsi ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlıları təşkilat yaratmağa və diaspor təşkilatlarının səylərinin birləşdirilərək onları Azərbaycan dövləti və xalqının ümummilli problemlərinin həllində iştirak etməyə çağırır. Xaricdə yaşayan Azərbaycan diasporu qismində tək etnik azərbaycanlılar deyil, ölkəmizdən xarici ölkələrə yaşamağa getmiş müxtəlif millətlərin, yəni mənşəcə Azərbaycandan olan bütün həmvətənlərin nəzərdə tutulur.
Azərbaycan dövlətinin qüdrətinin və əhalinin rifah halının artmasını bəzilərinin gözünün götürmədiyini söyləyən Nazim İbrahimov dünyada yaşayan bütün azərbaycanlıların doğma vətəni olan Azərbaycana qarşı yönəlik bütün təhlükələrə qarşı birliyinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
İsrailli jurnalistlərdən biri Azərbaycana səfərləri çərçivəsində Qubaya gedəcəklərini və orada erməni daşnak qruplaşmaları tərəfindən 1918-ci il mart qırğınların zamanı kütləvi surətdə qətlə yetirilmiş azərbaycanlıların məzarlığını ziyarət edəcəklərini qeyd edi. Nazim İbrahimov Qubada aşkarlanan məzarlıq barədə dünya ictimaiyyətinin məlumatlandırılması üçün işlərin aparıldığını, mütəmadi olaraq ayrı-ayrı nümayəndə heyətlərinin oranı ziyarət etdiklərini, həmin məzarlığa həsr olunmuş kitab və digər nəşrlərin çap olunduğunu nəzərə çatdırıb. O, Quba məzarlığıma həsr olunmuş kitab israilli jurnalistlərə təqdim edib. Dövlət Komitəsinin sədri Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının dünya ictimaiyyətinə çatdırılması işində dünyadakı yəhudi diasporunun mühüm rol oynaya biləcəyini də deyib. Nazim İbrahimov Azərbaycan və yəhudi xalqları arasındakı dostluq münasibətlərinin bəzi ölkələri rahatsız etdiyinə baxmayaraq, bu münasibətlərin bundan sonra da inkişaf etdiriləcəyini vurğulayıb.
Görüşün sonunda İsrailli jurnalistlər Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla xatirə şəkli çəkdiriblər.

568