AB komissarı: “Azərbaycan Avropaya aiddir”
Martın 28-də Avstriyanın Berlindəki səfirliyində “Nabucco- Avropanın enerji infrastrukturunun inteqrasiya olunması yolunda əhəmiyyətli yeni komponent kimi” mövzusunda tədbir keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirin əsas məqsədi “Nabucco” layihəsi timsalında Avropanın enerji siyasətinin perspektivlərinin və çağırışlarının müzakirə edilməsi olub.
Avstriyanın Berlindəki səfiri Ralph Scheidenin giriş nitqindən sonra “OMV” şirkətinin rəhbəri və “Nabucco” Rəhbər Komitəsinin sədri Werner Auli təqdimatla çıxış edib. O bildirib ki, hazırda Avropanın təbii qaza olan illik tələbatı 500 milyard kubmetr təşkil edir və bunun 300 milyard kubmetri idxal olunur. Avropa bazarının gələcəkdə təbii qaza olan tələbatının artması “Nabucco” layihəsinin əhəmiyyətini artırır. Onun sözlərinə görə, Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun bu ilin yanvar ayında Azərbaycan və Türkmənistana səfəri, səfər çərçivəsində Azərbaycan Respublikası prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri tərəfindən “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə”–nin imzalanması bu layihənin reallaşmasında böyük əhəmiyyət kəsb edir.
Tədbirdə əsas məruzəçi qismində Avropa Birliyinin enerji məsələləri üzrə Komissarı Günter Oettinger çıxış edib. O, çıxışında Avropanın Azərbaycanla 150 illik bir tarixə malik əməkdaşlığının olduğunu diqqətə çatdırıb, Azərbaycanın Avropaya aid olduğunu vurğulayıb. O, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, o cümlədən “Nabucco” layihəsində Azərbaycanın vacib rola malik olduğunu söyləyib, Bakının konstruktiv olaraq uzunmüddətli enerji tərəfdaşlığına hazır olduğunu xüsusi qeyd edib. Günter Oettinger “Nabucco” layihəsinin region üçün turizm qapısı olacağını da dilə gətirib. O, bu kəmər vasitəsilə Avropaya təbii qaz idxalatının şaxələndirilməsi istiqamətində növbəti addım atılacağını, 2011-ci il bu istiqamətdə həlledici il olacağını söyləyib.
Azərbaycanın Almaniyadık səfiri Pərviz Şahbazov Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun bu ilin yanvar ayında Azərbaycana səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri tərəfindən “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə”-nin imzalanmasının çox mühüm addım olduğunu nəzərə çatdırıb. O, enerji tərəfdaşlığı sahəsində Avropa Birliyi, Avropa təsisatları ilə Azərbaycan arasında olan əməkdaşlığın uğurla davam edəcəyinə inandığını bildirib. Azərbaycanın etibarlı tərəfdaş olduğunu qeyd edən Pərviz Şahbazov müstəqil ölkə olaraq Azərbaycanın 1990-cı illərin ortalarından bəri açıq və şəffaf enerji siyasəti həyata keçirdiyini, bu gün artıq Azərbaycanın müxtəlif marşrutlarla neft və qaz resurslarını dünya bazarlarına nəql etdiyini xatırladıb.
Tədbirdə Almaniya Federal Respublikasının federal iqtisadiyyat və texnologiyalar nazirinin müavini Jochen Homann, “RWE Supply & Trading” MMC-nin İcraçı direktoru Stefan Judisch, Avstriyanın İqtisadiyyat Nazirliyinin enerji məsələləri üzrə baş direktoru Alfred Maier podium müzakirələrində məruzəçi qismində çıxış ediblər.

698