Elmar Məmmədyarov Meksikada bir sıra görüşlər keçirib
Xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatlarına rəsmi səfəri çərçivəsində martın 28-də meksikalı həmkarı Patrisia Espinoza Kanteyano ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Patrisia Espinoza Kanteyano Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini vacib sayıb.
O, ölkəsinin enerji sektorunda Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən Meksikanın gənc enerji emalı sahəsində fəaliyyət göstərən mütəxəssislərin və gənclərin Azərbaycan Neft Akademiyasında təhsil almaq imkanlarının yaradılmasında maraqlı olduğunu bildirib. Eyni zamanda 2010-cu ildə Meksikada Azərbaycan Mədəniyyət günlərinin uğurla keçməsini və bu kimi mədəniyyət tədbirlərinin Meksika ictimaiyyətinə Azərbaycanı tanıtmaq, onun mədəniyyəti və incəsənətini təbliğ etmək üçün əlverişli imkan olduğunu diqqətə çatdırıb.
Elmar Məmmədyarov isə Latın Amerikası regionunda ilk səfirliyimizin məhz Meksikada təsis edilməsini Azərbaycanın bu ölkə ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyinin bariz nümunəsi olduğunu dilə gətirib. Görüş zamanı tərəflər, ikitərəfli əlaqələr, xüsusilə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparıblar. Elmar Məmmədyarov Meksikanın da neft istehsal edən dövlət olduğunu, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün potensialın olduğunu vurğulayıb. O, Meksika ilə telekommunikasiya sahəsində əməkdaşlığı da mümkün sayıb.
Elmar Məmmədyarov meksikalı həmkarına Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti ilə bağlı da ətraflı məlumat verib. Görüşdə BMT islahatları, Yaxın Şərqdə baş verən hadisələr ilə bağlı fikir mübadiləsi aparılıb.
Həmin gün Elmar Məmmədyarov Meksika Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında Azərbaycanın xarici siyasəti ilə bağlı təşkil edilmiş elmi konfransda çıxış edib. Meksika Konqresi, o cümlədən ölkənin dövlət və hökumət üzvlərinin, siyasi-ictimai dairələrinin, Meksikada akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin qatıldığı tədbirdə Elmar Məmmədyarov Azərbaycan Prezidenti Azərbaycanın iqtisadiyyat, xüsusilə enerji sahəsindəki uğurlar barədə iştirakçıları məlumatlandırıb.
Çıxış zamanı Dağlıq Qarabağ münaqişəsi məsələsinə xüsusi yer ayrılıb. Elmar Məmmədyarov Ermənistan tərəfindən Azərbaycanın 20% ərazilərinin işğal edilməsi, bir milyondan artıq qaçqın və məcburi köçkünlərin mövcud olmasını diqqətə çatdırıb. Eyni zamanda münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların Azərbaycana qarşı davam edən işğalçılıq siyasətinin dayandırılması və münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi ilə bağlı qətnamələri haqda konfrans iştirakçılarına geniş məlumat verib.
Görüş və elmi konfransdan sonra, Elmar Məmmədyarov Meksikanın mətbuat nümayəndələri ilə görüşüb Azərbaycan və Meksika arasında ikitərəfli münasibətləri və əməkdaşlığı ilə bağlı jurnalistləri maraqlandıran sualları cavablandırıb. Xarici işlər nazirinin Meksikaya rəsmi səfəri davam edir.

470