İsveç Azərbaycanlıları Konqresinin qətnaməsi BMT nümayəndəsinə verilib
İsveç Azərbaycanlıları Konqresinin nümayəndəsi Nadir Hollenbrand BMT-nin səlahiyyətli nümayəndəsi ilə görüşərək Ağdam rayonu Orta Qarvənd kənd sakini, 9 yaşlı Fariz Bədəlovun Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən qətlə yetirilməsi ilə bağlı məlumat verib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 28-də baş tutan görüşdə İsveç Azərbaycanlıları Konqresinin nümayəndəsi azyaşlı azərbaycanlı uşağın snayper tərəfindən öldürülməsini erməni vəhşiliyinin növbəti təzahürü kimi səciyyələndirib.
Görüşün sonunda Nadir Hollenbrand BMT nümayəndəsinə Fariz Bədəlovun öldürülməsi ilə bağlı İsveç Azərbaycanlıları Konqresinin qəbul etdiyi qətnamənin surətini təqdim edib.
Görüşün sonunda Nadir Hollenbrand BMT nümayəndəsinə Fariz Bədəlovun öldürülməsi ilə bağlı İsveç Azərbaycanlıları Konqresinin qəbul etdiyi qətnamənin surətini təqdim edib.
728