Ermənilər 1918-ci ildə Qubada 262 kənd məhv ediblər
29 mart 2011 12:43 (UTC +04:00)

Ermənilər 1918-ci ildə Qubada 262 kənd məhv ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda “1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımları Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində” mövzusunda elmi-nəzəri konfrans keçirilib.


APA-nın məlumatına görə, konfransda çıxış edən institutun direktoru Aytən Mustafayeva bildirib ki, 1918-1920-ci illərdə erməni hərbi birləşmələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım faktları arxivlərdə bu günə qədər qalmaqdadır. O deyib ki, Fövqəladə Təhqiqat Komissiyası 1918-ci il iyulun 15-də Azərbaycan Milli Hökuməti tərəfindən Gəncədə yaradılıb. Komissiya 1918-ci ilin martında Bakıda, mart-may aylarında Şamaxıda, may-iyun aylarında Qubada, Qərbi Azərbaycanda və Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən soyqırımları ilə bağlı sənədləri toplayıb.


Professor Anar İsgəndərov isə bildirib ki, mart soyqırımı zamanı Bakıda öldürülən azərbaycanlıların sayı 11 mindən artıq olub. Bakı əhalisinə dəyən ziyan 400 milyon manat qiymətləndirilib. Şamaxı şəhərində 8 min, Şamaxı qəzasında isə 8 mindən yuxarı azərbaycanlı qətlə yetirilib. Dəyən maddi ziyan ümumilikdə 1 milyard rubldan artıq olub. Qubada həyata keçirilən soyqırımı zaman 16 min insanın həyatına son qoyulub. Qubada azərbaycanlılarla yanaşı, 3 mindən artıq yəhudi də soyqırımına məruz qalıb. Qubanın 262 kəndi məhv edilib, onlardan 35-i hazırda da mövcud deyil.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar