Azərbaycan beynəlxalq məhkəmələrə müraciət edəcək
29 mart 2011 12:07 (UTC +04:00)

Azərbaycan beynəlxalq məhkəmələrə müraciət edəcək

APA-nın məlumatına görə, bu barədə Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev bildirib. O deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü əsas işlərdən biri də ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımına aid sənədləri toplamaq olub. Fövqəladə Təhqiqat Komissiyasının topladığı sənədlər 36 cildən, 3500 səhifədən ibarətdir. Bu sənədlər ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətləri sübut edən qiymətli faktlardır.


A. Paşayev bildirib ki, bu sənədlər tərcümə edilərək beynəlxalq məhkəmələrə göndəriləcək. Hazırda bu istiqamətdə işlər aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 815

Oxşar yazılar