İqdırda 31 mart soyqırımına həsr olunan konfrans keçiriləcək
Martın 30-da Türkiyənin İqdır şəhərində Türkiyə Azərbaycan Dərnəyinin (TAD) təşkilatçılığı və Türkiyə Beynəlxalq Əlaqələr və Strateji Tədqiqatlar Mərkəzi - TURKSAM-ın, Türkiyə Dövlət İşçiləri Həmkarlar təşkilatının İqdır şöbəsi və Türkdilli Xalqlarla Əməkdaşlıq Təşkilatı – ATXƏM-in dəstəyi ilə 1918-ci il martın 31-də erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımına həsr olunmuş konfrans keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “İqdır və bölgədə Azərbaycan Türklərinə qarşı Soyqırımıları və Erməni iddiaları” mövzusunda konfransda TAD və TURKSAM rəhbəri Sinan Oğan, ATXƏM-in başçısı İlham İsmayılov, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri Qənirə Paşayeva, Azay Quliyev, Musa Qasımlı iştirak edəcək, İqdırda və tarixi Azərbaycan torpaqlarında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı ilə çıxış edəcəklər.
Konfrans zamanı millət vəkili Qənirə Paşayevanın Qazax rayonunun Bağanis Ayrım kəndində ermənilərin həyata keçirdiyi soyqırımından bəhs edən “Ermənilərin törətdiyi Soyqırımı Qurbanı: Bağanis Ayrım” kitabının təqdimatı keçiriləcək və kitab Türkiyə oxucularının diqqətinə təqdim olunacaq. Bundan əlavə, konfrans zamanı qısa sənədli film də nümayiş etdiriləcək.
Konfrans çərçivəsində Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının bağlanması ilə bağlı müraciət də səsləndiriləcək.
Bundan əlavə, ermənilərin İqdırda törətdikləri soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə əklil qoyulacaq. Konfransda Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və çoxlu sayda azərbaycanlı jurnalist iştirak edəcək.

565