BBQ nümayəndəsi snayper tərəfindən öldürülən azərbaycanlı uşağın ailəsinə baş çəkib
BBQ-nin təmsilçisini tanınmış jurnalist Kərim Kərimli müşayiət edib. T. Hüseynov Ağdamın Çıraqlı və Orta Qərvənd kəndlərində olub, sakinlərlə söhbət edib. O, bu yaşayış məntəqələrində dinc sakinlərin hər gün təhlükə ilə üzləşdiyinin şahidi olub.
BBQ təmsilçisi martın 8-də erməni snayperi tərəfindən qətlə yetirilən 9 yaşlı Fariz Bədəlovun ailəsinə də baş çəkib. T. Hüseynov azyaşlının qətlə yetirildiyi yerlə düşmən mövqeləri arasında məsafənin 500 metrə yaxın olmasından təəccübünü gizlədə bilməyib.
BBQ təmsilçisi APA-nın Qarabağ bürosuna bildirib ki, Ağdama səfərinin əsas məqsədi təmsil etdiyi qurumun cəbhəyanı yaşayış məntəqələrində dinc əhalinin təhlükəsizliyi ilə bağlı hazırlayacağı sənəd üçün məlumatların toplanmasıdır. Onun sözlərinə görə, BBQ digər rayonların da cəbhəyanı yaşayış məntəqələrində vəziyyətlə tanış olmaq niyyətindədir.

557