“Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım”
Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın və "Şərq" qəzetinin baş redaktoru, tədqiqatçı jurnalist Akif Aşırlının həmmüəllifi olduğu “Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım” kitabı Türkiyə türkcəsində çap edilib.
Lent.az-ın verdiyi məlumata görə, kitab erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun köməyi ilə 1990-cı il martın 23-dən 24- nə keçən gecə Qazax rayonunun Bağanıs Ayrım kəndində törətdikləri soyqırımdan, mülki əhalinin insanlığa sığmayan işgəncələrlə qətlə yetirilməsindən, insanların diri-diri ocaqda yandırılmasından bəhs edir.
“Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım” kitabının yaxın vaxtlarda Türkiyənin bir sıra şəhərlərində təqdimatı keçiriləcək. Bundan sonra kitablar bu ölkənin millət vəkillərinə, ictimai-siyasi xadimlərinə, KİV-nə, qeyri-hökumət təşkilatlarına, universitetlərə və kitabxanalara paylanılacaq.
Qeyd edək ki, Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında hücuma məruz qalıb və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal olunub. Kənddə həmin gün 17 ev qumbaraatanla dağıdılıb, 11 ev isə quldurcasına qarət edilib. Faciə zamanı Əsliyevlər ailəsinin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üstlərinə benzin tökülərək yandırılıb. Alməmməd Məhərrəmov həyətindəki ot tayasına atılaraq diri-diri ocağa qalanıb. Qətlə yetirilən insanların böyüyü 75 yaşında Dədəş Əsliyev, ən kiçiyi isə beşikdə olan 39 günlük Hafiz olub.
Kitabda əksini tapan faktlar istintaq materiallarından götürülüb. Kitabda müəlliflərin soyqırımın şahidləri ilə söhbətləri və şahidlərin xatirələri öz əksini geniş şəkildə tapıb. Kitabın baş məsləhətçisi, Azərbaycan Respublikasının Baş prokurorunun müavini, Respublikanın hərbi prokuroru Xanlar Vəliyevdir.

500