“Ermənistanın Metzamor AES-i təhlükə mənbəyidir”
Həmin atom elektrik stansiyasının (AES) bağlanması məqsədilə Azərbaycan Diasporu ABŞ Konqresi üzvlərinə məktub göndərməklə yeni aksiyaya başlayıb (APA).
“Yaponiyada baş vermiş sonuncu zəlzələ AES-in seysmik cəhətdən aktiv olan ərazilərdə təhlükəli olduğunu qabarıq şəkildə göstərdi. Əgər bu məsələdə Yaponiya kimi bir ölkə qəflətən yaxalanıbsa, onda üçüncü dünya ölkələri haqqında nə demək olar? Metzamor AES 1970-ci illərdə Ermənistanın paytaxtı İrəvan şəhərindən 20 mil qərbdə yerləşən Metzamor şəhərində inşa edilib. Bu AES iki VVER-440 Model V230 nüvə reaktorları ilə inşa edilib. 2016-cı ildə AES-ın istismar müddəti başa çatacaq”, deyə diaspor üzvləri xatırladırlar.
Məktub müəlliflərinin sözlərinə görə, Metzamor AES-nin konstruksiyası Bolqarıstan və Slovakiyada olan AES konstruksiyaları ilə eynidir. Avropa Birliyi bu ölkələrdən quruma üzv olmazdan əvvəl sözügedən AES-ləri bağlamağı tələb edib.
“Metzamor AES-i 11 bal gücündə zəlzələ riski olan ərazidə yerləşir. Bu AES isə yalnız 9 bal gücündə zəlzələyə tab gətirməklə inşa edilib. 1988-ci ildə Ermənistanda baş vermiş dağıdıcı zəlzələdən sonra, bu ölkənin hakimiyyəti atom elektrik stansiyasını bağlamaq qərarını verdi, çünki Ermənistanın o zamankı hökuməti hər hansı bir fors-major və ya təbii fəlakətlər baş verdiyi halda Metzamor AES-nin törədəcəyi təhlükəni anlayırdı", deyə məktubda qeyd edilir.
Məktub müəlliflərinin sözlərinə görə, Avropa Şurasının Parlament Assambleyası qəbul etdiyi sənədlərdə dəfələrlə bu atom stansiyasının aktiv seysmik zonada yerləşdiyini və bütün Qafqaz bölgəsi üçün ciddi təhlükə mənbəyi olduğunu narahatçılıqla ifadə etdiyinə baxmayaraq, AES hələ də fəaliyyət göstərir.
“ABŞ Konqresi və hökuməti, bu il Ermənistana bütün xarici yardımları Metzamor atom elektrik stansiyasını dərhal bağlatdırmaq şərtini qoymaqla yönəltməlidir”, - deyə diaspor üzvləri məktublarında təklif ediblər.

855