Meksikada Novruz bayramı qeyd olunub
Meksikadakı səfirliyimizdən Lent.az-a verilən məlumata görə, Meksika Konqresinin Deputatlar Palatasında beynəlxalq Novruz bayramına həsr olunmuş tədbir olub.
Tədbirdə Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov, İran, İrak və Türkiyə səfirliklərinin rəhbər işçiləri, həmçinin Meksika Konqresinin deputatları, Mexiko şəhəri rəhbərliyi və Meksika ştatının İnsan Hüquqları Komissiyasının nümayəndələri iştirak ediblər.
Səfir İlqar Muxtarov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən 2010-cu ilin fevral ayında “Beynəlxalq Novruz günü” qətnaməsi qəbul olunub. Səfir tədbir iştirakçıları və Novruz bayramını qeyd edən dünya xalqlarını təbrik edərək, Novruz bayramının beş min ildən artıq tarixi kökü, adətləri, həmçinin özünəməxsusluğu və müxtəlifliyi ilə Novruz bayramını zənginləşdirən milli mətbəximiz hadqa iştirakçılara geniş məlumat verib.
Tədbirdə, həmçinin İraq, İran və Türkiyə səfirliklərinin nümayəndələri çıxış edərək, Novruz bayramının öz ölkələrində keçirilmə tarixindən və xüsusiyyətlərindən bəhs ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Meksikadakı səfirliyində Novruz bayramı münasibəti ilə bayram tədbiri keçirilib. Tədbirdə Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklərin üzvləri, o cümlədən Türkiyənin və Ukraynanın Meksikadakı səfirləri, Gürcüstanın Meksikadakı müvəqqəti işlər vəkili, Meksikada yaşayan Azərbaycan, Ukrayna, Rusiya, Gürcüstan, tatar, yəhudi icmalarının nümayəndələri iştirak ediblər.

584