Qənirə Paşayeva Gürcüstanda Novruz şənliklərində iştirak edib
APA-nın xəbərinə görə, millət vəkili həmçinin Azərbaycanın Marneulidə inşa etdiyi idman kompleksinin açılış mərasimində də olub.
Hər iki tədbirdə iştirak edən Gürcüstan prezidenti Mixail Saakaşvili Qənirə Paşayeva ilə görüşündə iki ölkə parlamentləri arasındakı əlaqələri, əməkdaşlığı və parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib. O, iki ölkə arasında münasibətlərin inkişafında parlamertlərarası dostluq qruplarının önəmli rolundan danışıb. Buna görə ötən il qrup rəhbəri Qənirə Paşayevaya Gürcüstanın fəxri vətəndaşı adını verdiklərini vurğulayan M. Saakaşvili parlamentlərarası dostluq qrupunun bundan sonra da öz fəaliyyətini yüksək səviyyədə davam etdirəcəyinə inandığını bildirib.
Millət vəkili Qənirə Paşayeva isə bu ildən Novruzun Gürcüstanda dövlət bayramı səviyyəsində qeyd olunmasına görə prezident Saakaşviliyə təşəkkürünü bildirib və vurğulayıb ki, iki ölkə prezidentlərinin və parlament rəhbərlərinin dəstəyini daim hiss edən parlamentlərarası dostluq qrupları öz fəaliyyətini bundan sonra daha da genişləndirəcək və iki ölkə arasında dostluq münasibətlərinin dərinləşməsi üçün əllərindən gələni edəcək.
Daha sonra Marneulidə keçirilən Novruz şənliklərinə qatılan millət vəkili Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gördüyü işlərin əhəmiyyətindən danışıb. O, tələbələrin gələcəkdə öz sahələrində peşəkar olmaları üçün təhsillərinə diqqət yetimələruinin vacibliyini qeyd edib.
Tədbirin bədii hissəsi əməkdar artist Tünzalə Ağayevanın vətənpərvər mahnıları və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin “Sarvan” folklor rəqs qrupunun rəngarəng çıxışları davam edib.

1178