Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında insan alverinə qarşı sənəd imzalandı
Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov əmirliyin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nahyan ilə görüşüb. Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş dostluq və qarşılıqlı anlaşma şəraitində baş tutub.
Görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi, iqtisadi, humanitar, elmi-texniki, səhiyyə, təhsil, mədəniyyət, turizm sahələrində ikitərəfli münasibətlərin inkişaf etdiyi vurğulanıb.
Nazir E. Məmmədyarov Azərbaycanın xarici siyasətində Ərəb dünyası ilə əlaqələrə xüsusi önəm verildiyini, ərəb ölkələri ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinin ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu vurğulayıb. O, Azərbaycanın Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Şurası ilə əməkdaşlıqda maraqlı olduğunu, bu istiqamətdə ölkəmizin səylərinin BƏƏ tərəfindən dəstəklənməsinin vacibliyini qarşı tərəfin diqqətinə çatdırıb.
Nazir Şeyx Abdulla bin Zayed Əl Nahyan öz növbəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında Azərbaycan tərəfinin mövqeyini yüksək qiymətləndirib, Azərbaycanın 2012-2013-cü illər üçün BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünə namizədliyinin BƏƏ tərəfindən dəstəkləndiyini bildirib. Bununla yanaşı, Şeyx Əl Nahyan Azərbaycan tərəfinin qısa bir müddət ərzində BƏƏ-in Azərbaycanda səfirliyinin açılmasına icazə verdiyinə görə öz minnətdarlığını bildirərək yaxın zamanda səfirin də təyin olacağını bildirib.
Görüşün sonunda “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnsan alveri ilə Mübarizə üzrə Milli Komitəsi arasında insan alveri ilə mübarizə üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07