Türkiyəli jurnalistlər və ictimai təşkilat nümayəndələri Quba məzarlığında olublar
20 mart 2011 15:35 (UTC +04:00)

Türkiyəli jurnalistlər və ictimai təşkilat nümayəndələri Quba məzarlığında olublar

Qonaqları Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, millət vəkili Sabir Rüstəmxanlı və Quba rayon icra hakimiyyətinin nümayəndələri müşayiət edib.

Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, qonaqlara ermənilərin Qubada törətdiyi soyqırım barədə geniş məlumat verilib. Bildirilib ki, ermənilər 1918-ci ildə Qubada azərbaycanlılarla bərabər burda yaşayan ləzgiləri, tatları, yəhudiləri və digər azsaylı xalqların nümayəndələrini də qətlə yetiriblər. Qonaqlar gördüklərindən dəhşətə gəldiklərini bildiriblər. Onlar bu soyqırımın bütün dünyaya çatdırılmalı olduğunun vacibliyini qeyd ediblər.

Türkiyəli jurnalist Nuriyə Atabəy Lent.az-a bildirib ki, ölkəsinə qayıtdıqdan sonra ermənilərin törətdikləri barədə ictimaiyyəti daha dolğun məlumatlandırmağa çalışacaq. “Yalova Asılsız Erməni İddiaları ilə mübarizə Dərnəyi”nin rəhbəri Şəmsəddin Gürtəkinin Lent.az-a verdiyi məlumata görə, rəhbərlik etdiyi dərnək erməni vəhşiliyini dünyaya çatdırmaq üçün əlindən gələni edir və bundan sonra bu həqiqətləri dünyaya çatdırmaq üçün bir sıra tədbirlər keçirməyi planlaşdırırlar.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Lent.az-a bildirib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün türkiyəli dostları ilə birgə çalışırlar. T.Rüstəmxanlı deyib ki, 24 aprel qondarma “erməni soyqırımı” günü öncəsi ermənilərin tərəfindən həqiqi soyqırıma məruz qalanlarla bağlı tarixi həqiqətləri Türkiyə mediası vasitəsilə bütün dünyaya çatdırmaq niyyətindədirlər.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633

Oxşar yazılar