DİN-də MÜsabiqə Komissiyasının iclası keçirilib
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.
İlk olaraq Müsabiqə Komissiyasının sədri, DİN Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev daxili işlər orqanlarında xidmətə qəbulun yekun nəticələri barədə tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, xidmətə qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi işinin daha da genişləndirilməsi və səmərəsinin artırılması məqsədi ilə daxili işlər nazirinin “Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin elan edilməsi haqqında” əmrinə əsasən, respublikanın polis orqan və hissələrində vakant vəzifələrə qəbul üçün kütləvi informasiya vasitələrində, o cümlədən mərkəzi, yerli telekanallarda və qəzetlərdə, DİN-in İnternet saytında dəfələrlə elanlar verilib.
İ. Əliyev qeyd edib ki, ötən ilin noyabr və dekabr aylarında sənədlərin qəbulu prosesi həyata keçirilib. Nəticədə 108 namizədin sənədi müsabiqənin birinci mərhələsi olan test imtahanlarında iştirak etmək üçün Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına göndərilib. Test imtahanlarında 65-dən yuxarı bal toplayan 48 namizəd müsabiqənin 2-ci mərhələsinə buraxılıb. Sonra həmin namizədlər orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə keçirilmiş müsabiqənin ikinci mərhələsindən də uğurla keçib, daxili işlər nazirinin müvafiq əmrləri ilə bütün iddiaçılar “polis leytenantı” xüsusi rütbəsi verilməklə şəhər, rayon polis orqanlarında müxtəlif vəzifələrə təyin ediliblər. Test imtahanlarında yüksək bal toplamış namizədlərin əksəriyyəti daxili işlər orqanlarının istintaq və təhqiqat xidmətlərindəki vakant yerlərə təyinat alıblar .
Tədbirə yekun vuran nazir Ramil Usubov müsabiqənin qaliblərini təbrik edib, çətin və şərəfli xidmətlərində onlara uğurlar, polisin adını daim uca tutmağı arzulayıb. Nazir əmin olduğunu bildirib ki, gənc zabitlər qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, ölkəmizdə sabitliyin nümunəvi təminində öz səylərini əsirgəməyəcək, onlara göstərilmiş etimadı əməli fəaliyyətlə doğruldacaqlar.

1334