Ərdoğan Çanaqqaladakı Azərbaycan şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə dəstək verəcək
BDM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nümayəndə heyəti martın 18-də Çanaqqala dəniz zəfərinin 96-cı ildönümü mərasimlərində iştirak edib.
Türk millətinin tarixi dönüm nöqtəsi olan Çanaqqala zəfəri hər il Türkiyədə böyük bayram tədbirləri ilə qeyd olunmaqdadır. Keçirilən tədbirlərdə iştirak edən Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan bu il keçirilən bayram tədbirlərində ilk dəfə olaraq Çanaqqala döyüşlərində azərbaycanlıların da iştirak etdiyini bildirib və şəhid Azərbaycan türklərini də minnət və şükranla andığını vurğulayıb.
Rəcəb Tayib Ərdoğan törənlərdə iştirak edən Azərbaycan nümayəndə heyəti ilə görüşüb. İsmayıl Ağayev Rəcəb Tayib Ərdoğanla görüşdə Çanaqqalada şəhid olmuş Azərbaycan türklərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı istəklərini çatdırıb, abidənin lahiyə planını və nəzərdə tutulmuş digər sənədlər paketini baş nazirə təqdim edib. Rəcəb Tayyib Ərdoğan BDM-in nümayəndə heyəti ilə söhbətində Azərbaycan şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün gərəkli işlərin görülməsi üçün lazımi dəstəyi verəcəyini və bu istiqamətdə araşdırma aparacağını qeyd edib. Baş nazir Azərbaycan nümayəndə heyəti ilə xatirə rəsmi çəkdirib.
BDM-in nümayəndə heyəti Çanaqqala şəhidliyində Azərbaycan türklərinin xatirəsinə qoyulmuş lövhənin qarşısında Türkiyədə təhsil alan Azərbaycanlı tələbələr və diasporumuzun nümayəndələri ilə birlikdə anım tədbiri də keçirib. İsmayıl Ağayev və BDM-in Rusiya təmsilçiliyinin rəhbəri Ələmdar Nəbiyev TRT kanalında canlı yayında iştirak edərək Çanaqqala zəfərinin Türk dünyası tarixindəki rolu və şəhid olmuş Azərbaycan türkləri haqqında danışıb. Keçirilən tədbirlərdə Azərbaycan diasporunun Türkiyədəki fəallarından Zəfər Çağatay, Yaşar Şakı, azərbaycanlı tələbələrdən Rövşən Lətifov, Nicat Elçi, Elgün Bağırov, Samir Yusubov və digərləri iştirak ediblər.
BDM-in nümayəndə heyəti 19-20 mart tarixlərində İstanbul şəhərində Novruz şənliklərinə qatılacaq, buradakı diaspor nümayəndələrimiz və ictimai siyasi təşkilatlarla görüşlər keçirəcək.

653