Allahşükür Paşazadə ilə II Qaregin noyabrda görüşə bilər
18 mart 2011 19:45 (UTC +04:00)

Allahşükür Paşazadə ilə II Qaregin noyabrda görüşə bilər

Lent.az-ın məlumatına görə, bu barədə “İnterfax”a Eçmiədzin kilsələrarası münasibətlər bölməsinin rəhbəri, yepiskop Ovakim Manukyan açıqlama verib.

O bildirib ki, 28-30 noyabrda Eçmiədzin erməni kilsəsi dini mərkəzində Allahşükür Paşazadənin sədrliyi ilə MDB ölkələri dinlərarası şuranın iclası keçiriləcək. Manukyan tədbir çərçivəsində iki dini liderin görüşünün olacağını istisna etməyib.

Əvvəllər QMİ sədri Vladiqafqazdakı azərbaycanlılarla görüşdə erməni katolikosu ilə görüşünün mümkünlüyünü hesab etdiyini bildirib. 2010-cu ilin aprelində isə Bakıda Moskva və bütün Rusiyanın Patriarxı Kirill, Paşazadə və II Qareginin Ümumdünya Dini Sammiti çərçivəsində üçtərəfli görüşü olub. Görüş iştirakçıları Dağlıq Qarabağ probleminə dair bəyannamə imzalayıblar. Sənəddə qeyd olunub ki, dini liderlər əsirlərin azad olunması kimi tərəflərin xeyirxah niyyət aktını alqışlayırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 641

Oxşar yazılar