Dağıstan parlamentinə 4 azərbaycanlı deputat seçilib
18 mart 2011 18:48 (UTC +04:00)

Dağıstan parlamentinə 4 azərbaycanlı deputat seçilib

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səsvermə hüququ olan 1 492 564 seçicinin qeyd alındığı bu seçkilərdə 6 partiya mübarizə aparıb.

Seçicilərin 70 faizi səsvermədə iştirak edib. Seçkilərin nəticələrinə görə Dərbənd şəhərindən iki, Dərbənd rayonundan da iki nəfər azərbaycanlı millət vəkili seçilib. Dərbənd şəhərindən Xanlar Paşabəyov və Nökər Surxayev, Dərbənd rayonundan isə Nəriman Qurbanov və Əhmədxan Qurbanov deputat mandatı qazanıblar.

Xatırladaq ki, Dağıstan parlamentinin ötən çağırışında cəmi bir nəfər azərbaycanlı deputat olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 551

Oxşar yazılar