Araz Əzimov Hulusi Kılıça cavab verdi
18 mart 2011 18:45 (UTC +04:00)

Araz Əzimov Hulusi Kılıça cavab verdi

Nazir müavini APA-ya eksklüziv açıqlamasında bunları deyib: “Təhrif edilmədən dediyim hər sözün arxasında dayanmağa hazıram və dediyim bütün sözlərin həqiqi əsasları var. Türkiyənin Azərbaycandakı səfirinin verdiyi bəyanata gəldikdə isə, ona hər hansı reaksiya verməyi lazım və özümə uyğun hesab etmirəm”.

Xatırladaq ki, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Türkiyənin “CNN-Türk” telekanalına açıqlamasında bildirib ki, Ankara Sürix protokollarına imza atmaqla Qarabağ münaqişəsinin həllini çətinləşdirib: “Bu protokollar bizi böhran vəziyyətinə gətirdi. Bir tərəfdən vəziyyəti çətinləşdirdi. Digər tərəfdən, normalaşma prosesi də dayandırıldı və Qarabağ məsələsində irəliləyiş əldə edilmədi”.

A. Əzimovun bu sözlərinə münasibət bildirən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç isə bu gün jurnalistlərə açıqlamasında deyib ki, Araz Əzimovun söylədikləri onun öz fikirləridir: “Türkiyənin siyasəti güclü siyasətdir. Mən hər halda onun səhv danışdığını düşünürəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556

Oxşar yazılar