Latviyada azərbaycanlı uşağın öldürülməsi ilə bağlı məqalə dərc olunub
18 mart 2011 13:58 (UTC +04:00)

Latviyada azərbaycanlı uşağın öldürülməsi ilə bağlı məqalə dərc olunub

Latviyanın “Ças” qəzetinin 17 mart tarixində dərc olunmuş sayında Ağdam rayonu Orta Qarvənd kənd sakini, 9 yaşlı Fariz Bədəlovun Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən öldürülməsi ilə bağlı məqalə dərc olunub.


Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məqalədə martın 8-də Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən 9 yaşlı Fariz Bədəlovun öldürülməsindən sonra Dağlıq Qarabağ münaqişəsi bölgəsində vəziyyətin gərginləşdiyi qeyd edilir. Azərbaycanlı uşağın ölümünü Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündən sonra verilən nikbin açıqlamalarla əlaqələndirən müəllif güman edir ki, optimist bəyanatlar münaqişənin tezliklə nizamlanmasında maraqlı olmayan qüvvələri narahat edib. Daha sonra məqalədə bu həftənin əvvəlində Azərbaycana rəsmi səfər etmiş İsveçrə Konfederasiyasının prezidenti Mişelin Kalmi-Reyin Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında “Ermənistanın özünü konstruktiv aparmalı və beynəlxalq təşkilatların işğalçı qüvvələrin qəsb olunmuş torpaqlardan çıxmasına dair qətnamələrinə əməl etməli olduğunu” söylədiyi qeyd olunur.


Bütün nüfuzlu beynəlxalq təşkilatların münaqişə ilə bağlı konkret mövqe ortaya qoyduqlarını yazan müəllif, məqaləni Azərbaycan prezidentindən gətirdiyi sitatla tamamlayır: “Minsk Qrupu artıq 19 ildir ki, fəaliyyət göstərir. Əfsus olsun ki, bu müddət ərzində heç bir əməli nəticə əldə olunmayıb. Status-kvonu dəyişdirməyin, qaçqın və məcburi köçkünlərin işğal olunmuş torpaqlara qaytarılmasına başlanmasının zamanı yetişib. Öz doğma torpaqlarında yaşamaq onların fundamental hüququdur”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554

Oxşar yazılar