Kiyevdə “Azərbaycanın sözü” qəzetinin təqdimatı keçirilib
Lent.az xəbər verir ki, mərasimdə ictimai təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Tədbiri çıxış edən, qəzetin təsisçisi, “Demokratiyanın nəbzi” Beynəlxalq İctimai Təşkilatının rəhbəri Hikmət Cavadov mərasim iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, layihənin gerçəkləşməsində nəşrin yaradıcı heyətinə minnətdarlığını bildirib, qəzetin geniş oxucu auditoriyası qazanacağını əminliklə qeyd edib.
Nəşrin baş redaktoru Azər Qardaşlı qəzetin ərsəyə gəlməsindən, onun məram və məqsədlərindən ətraflı söhbət açıb, qeyd edib ki, azərbaycançılıq və dövlətçilik prinsiplərinə xidmət edən “Azərbaycanın sözü” Ukraynada yaşayan hər bir azərbaycanlının tribunası olacaq və bu qəzet soydaşlarımızın ailə qəzetinə çevriləcək.
Tədbirdə iştirak edən yerli kütləvi informasiya və ictimai təşkilatların nümayəndələri Ukraynada Azərbaycan dilində qəzetin nəşr olunmasını Ukrayna cəmiyyətinin tolerantlığının təzahürü kimi qiymətləndirib. Mərasimin sonunda qonaqlar Novruz süfrəsinə dəvət olunub. Hikmət Cavadov Novruz bayramı və “Azərbaycanın sözü” qəzetinin ilk sayının işıq üzü görməsi münasibətilə redaksiyaya kompüter dəsti hədiyyə edib.

665