İctimai Teleradionun Yayım Şurasının tərkibi parlamentdə müzakirə olunur
18 mart 2011 12:45 (UTC +04:00)

İctimai Teleradionun Yayım Şurasının tərkibi parlamentdə müzakirə olunur

Lent.az-ın məlumatına görə, iclasda gündəliyə çıxarılmış 8 məsələdən birincisi – İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının tərkibinə dəyişikliklər edilməsi haqqında məsələ hazırda müzakirə olunur.

Çıxış edənlər İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyətindən razılıq ifadə ediblər. Xüsusən, Fazil Mustafa və Qənirə Paşayeva İctimai Televiziyada peşəkar mütəxəssislərin, ictimaiyyət tərəfindən qəbul edilən və reputasiyası olan insanların Yayım Şurasında yer almasını müsbət hal kimi dəyərləndiriblər.

Fazil Mustafa deyib ki, dövlət orqanlarında çalışan kadrlar da bu cür ictimaiyyət tərəfindən qəbul olunan şəxslərdən seçilsələr, Azərbaycanda bir çox problemlər, o cümlədən, siyasi və iqtisadi sahədəki problemlərin bir çoxu həll edilmiş olar.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554

Oxşar yazılar