Həmsədrlərdən çağırış
18 mart 2011 10:23 (UTC +04:00)

Həmsədrlərdən çağırış

ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa) və İqor Popov (Rusiya) bəyanatla çıxış ediblər. APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bəyanatda bildirilir ki, həmsədrlər regiona növbəti səfərləri zamanı münaqişə tərəflərini Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşünün prosesə verdiyi müsbət impulsdan yararlanmağa, münaqişənin həllinə dair baza prinsipləri əsasında razılıq əldə olunması üçün prioritet məsələlərə diqqət yetirməyə çağırıblar.


Bəyanatda qeyd olunur ki, həmsədrlər 1994-cü ildə əldə olunmuş atəşkəs rejiminin pozulması faktlarının araşdırılmasına dair Soçi görüşündə tərəflərin üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsi məsələsini də müzakirə ediblər.
Vasitəçilərin fikrincə, Soçi görüşündən əvvəl və sonra təmas xəttində baş verənlər belə mexanizmin yaradılmasının zəruriliyini bir daha nümayiş etdirib. Onlar tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıblar.


Həmsədrlər bəyanatlarında snayperlərin ön xətdən çəkilməsi təklifini bir daha təkrarlayıb və bunun əvvəllər edilməməsindən təəssüflərini vurğulayıblar.
Vasitəçilər tərəfləri günahsız insanları xilas edəcək bu təklifi qəbul etməyə çağırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580

Oxşar yazılar