Elmar Məmmədyarov Avropa Parlamentinin üzvü ilə görüşüb
17 mart 2011 18:59 (UTC +04:00)

Elmar Məmmədyarov Avropa Parlamentinin üzvü ilə görüşüb

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov avropalı qonağa Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tərəflər arasında aparılan danışıqlar prosesi barədə məlumat verib və münaqişənin diplomatik yolla həlli potensialının hələ də tükənmədiyini bildirib.


Xarici işlər naziri 2010-cu ilin may ayında Avropa Parlamenti tərəfindən “Avropa Birliyinin Cənubi Qafqaza dair strategiyaya ehtiyacı” adlı qətnamənin qəbul edilməsini və qətnamədə Dağlıq Qarabağ münaqişəsinə dair əks edilmiş mövqeyi yüksək qiymətləndirib.


Zoran Toner Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyinin beynəlxalq hüquq və normalara söykəndiyini söyləyib. Görüş zamanı bir sıra qarşılıqlı maraq doğuran mövzular ətrafında da fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514

Oxşar yazılar