Ukraynanın müdafiə naziri Azərbaycan səfərindən razı qalıb
APA-nın Ukrayna Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, nazir prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə və həmkarı Səfər Əbiyevlə ikitərəfli əməkdaşlığın inkişafına dair geniş müzakirələr aparıb: “Biz ilk növbədə hər iki ölkənin Silahlı Qüvvələri arasında hərbi əməkdaşlığa dair məsələləri, eləcə də silahların və hərbi texnikanın modernləşdirilməsinə dair məsələləri müzakirə etdik. Azərbaycan sovet dövrində istehsal olunmuş hərbi texnikanı Ukraynanın müdafiə sənayesi kompleksində təmir etdirmək və modernləşdirməkdə maraqlı olduğunu bildirib”.
İkitərəfli hərbi-texniki əməkdaşlıqdan danışan nazir xatırladıb ki, bu sahədə ikitərəfli komissiya fəaliyyət göstərir. Komissiya üzvləri ötən ilin oktyabrında ilk iclasını keçirib, tədbirlər planı hazırlayıblar.

489