Əsirlərin qaytarılması ilə bağlı rəsmi məlumat yayıldı
17 mart 2011 15:56 (UTC +04:00)

Əsirlərin qaytarılması ilə bağlı rəsmi məlumat yayıldı

Lent.az Komissiyanın mətbuat xidmətində istinadən xəbər verir ki, məlumatda bildirilir: “Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyası Prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli və 5 mart 2011-ci il tarixli birgə bəyanatlarına uyğun olaraq, eləcə də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində 17 mart 2011-ci il tarixdə Ağdam rayonu, Baş Qərvənd kəndi ərazisində, Ermənistan - Azərbaycan qoşunlarının təmas xəttində 10 may 2009-cu il tarixdə Azərbaycan Respublikasının Füzuli rayonu ərazisində Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan əsgəri - 1990-cı il təvəllüdlü Hacıyev Anar Xanbaba oğlu azad olunaraq Müdafiə Nazirliyinə təhvil verilib. Eyni zamanda, 9 may 2009-cu il tarixdə Respublikamızın ərazisində saxlanılmış Ermənistan vətəndaşı, 1978-ci il təvəllüdlü Badalyan Artur Qrişayeviç müqabil tərəfə qaytarılıb”.


Məlumatda qeyd olunub ki, insidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539

Oxşar yazılar