Misir səfirliyimiz fəaliyyətini tam bərpa edib
17 mart 2011 12:50 (UTC +04:00)

Misir səfirliyimiz fəaliyyətini tam bərpa edib

Səfirliyin birinci katibi Elnur İsmayılovun APA-ya verdiyi məlumata görə, ölkədə baş verən iğtişaşlar zamanı evakuasiya olunmuş səfirliyin əməkdaşları dünən Qahirəyə qayıdıblar.

Gələn həftə isə səfirliyin texniki heyəti Misirə geri dönəcəklər.


Xatırladaq ki, məlum hadisələrdən sonra Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşları və texniki heyət bu ölkədən evakuasiya olunub. Qahirədə yalnız üç diplomatımız, o cümlədən səfir Şahin Abdullayev fəaliyyətlərini davam etdiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500

Oxşar yazılar