Eji Buzek: “Dağlıq Qarabağda hərbi konfliktdən qaçmaq lazımdır”
APA-nın “Novosti-Armenia” saytına istinadən yaydığı məlumata görə, bu bəyanatla Avropa Parlamentinin sədri Eji Buzek Brüsseldə Ermənistanın baş naziri Tiqran Sərkisyanla keçirdiyi brifinqdə çıxış edib. Eji Buzek bildirib ki, Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsinin regiona təsirlərindən narahatdır: “Biz regionun təhlükəsizliyinin təmin olunması üçün əlimizdən gələni edəcəyik. İstənilən yolla hərbi münaqişədən qaçmaq lazımdır”.
561