Prezident İlham Əliyev və xanımı Bakıda Zabitlər parkının açılışında iştirak ediblər
16 mart 2011 20:01 (UTC +04:00)

Prezident İlham Əliyev və xanımı Bakıda Zabitlər parkının açılışında iştirak ediblər

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlətimizin başçısına parkda görülən işlər və yaradılan şəraitlə bağlı məlumat verilib. Bildirilib ki, 4 hektar ərazisi olan parkda abadlaşdırma işlərinə 2009-cu ildə başlanılıb. Ərazidə mövcud olan çoxyaşlı ağaclar saxlanılmaqla burada əlavə yaşıllaşdırma tədbirləri həyata keçirilib. Parkda yeni işıqlandırma sistemi quraşdırılıb, sakinlərin istirahəti üçün müxtəlif guşələr yaradılıb. Qeyd edilib ki, parkda yerli mütəxəssislər tərəfindən daşdan yonulmuş yeni fəvvarə quraşdırılıb. Ərazidə yumşaq örtüklü, xüsusi tərtibatı ilə seçilən uşaq meydançası yaradılacaq. Parkda, həmçinin 700 kvadratmetrlik örtülü buz meydançasının, xarici görkəmi və orijinal tərtibatı ilə diqqəti cəlb edən buz kafesinin binasının da inşa olunduğu bildirilib.

Dövlətimizin başçısı və xanımı parkın yenidənqurma işlərindən əvvəlki vəziyyətini əks etdirən fotoalboma baxıblar.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva parkın ərazisində həyata keçirilən yenidənqurma işləri və burada yaradılan şəraitlə yaxından tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737

Oxşar yazılar