Arif Hacılının oğlu saxlanıldı - YENİLƏNİB
16 mart 2011 14:40 (UTC +04:00)

Arif Hacılının oğlu saxlanıldı - YENİLƏNİB

Bu gün Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları Müsavat Partiyasının başqan müavini, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının oğlu Orxan Hacılını saxlayıblar.


Bu barədə APA-ya A. Hacılı məlumat verib. O, oğlunun Azadlıq prospektində saxlanıldığını bildirib: “Hazırda bölmədəyəm. Mənə dedilər ki, Orxanı şəxsiyyətini müəyyənləşdirmək üçün saxlayıblar”.


Qeyd edək ki, artıq O. Hacılı sərbəst buraxılıb. Bu barədə APA-ya məlumat verən A.Hacılı polisin Orxanı şübhələndiyi üçün saxladığını, izahat alınıb, məsələ aydınlaşdırıldıqdan sonra onun sərbəst buraxıldığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 691

Oxşar yazılar