İlqar Muxtarov Meksikanın enerji naziri ilə görüşüb
Səfirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında enerji sektorunda əlaqələrin inkişaf etdirilməsi üçün mövcud potensialın əhəmiyyətini qeyd edib və əməkdaşlığın inkişaf perspektivini nəzərdən keçiriblər.
İlqar Muxtarov ölkəmizin enerji emalı və istehsalı sahəsinin tarixi inkişaf prosesi, Nobel qardaşlarının Bakıda fəaliyyəti, Neft Daşları şəhərciyinin tikilişi tarixi, habelə müasir dövrdə dövlətimizin enerji siyasəti, dünya miqyasında enerji sektorunun inkişafında mühüm rol oynayan mütəxəssislər hazırlamış Azərbaycan Dövlət Neft Akademiyasının fəaliyyəti haqda Xose Antonio Meadeyə geniş məlumat verib.
Meksikanın enerji naziri Azərbaycanla enerji sektorunda əlaqələrin genişləndirilməsini vacib sayıb. O, ölkəsinin elmi mütəxəssislər və tələbə mübadiləsi sahəsində əməkdaşlıqda da maraqlı olduğunu dilə gətirib, Meksikanın müvafiq təhsil müəssisəsi ilə əlaqələrin yaradılmasını vacib hesab edib. Görüşdə , 2011-ci ilin 7–10 iyun tarixlərində Bakıda keçiriləcək “Xəzərin Nefti və Qazı Beynəlxalq Sərgi və Konfransı”nda Meksika nümayəndə heyətinin iştirak etməsinin mümkünlüyü məsələsi də müzakirə edilib.

816