Baş prokuror mərakeşli naziri qəbul edib
15 mart 2011 18:13 (UTC +04:00)

Baş prokuror mərakeşli naziri qəbul edib

Lent.az-ın məlumatına görə, Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını qeyd edən Baş prokuror Təslim etmə, Mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq, Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında dövlətlərarası müqavilələr, hər iki dövlətin ədliyyə nazirlikləri arasında imzalanmış sazişin gələcək perspektiv üçün geniş imkanlar yaradacağını xüsusi vurğulayıb.

Z.Qaralov İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə 2009-cu ildə Bakı şəhərində keçirilmiş Konfransda qəbul olunmuş "Bakı Bəyannaməsi"nin önəmli rol oynadığını qeyd edib. Eyni zamanda son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi istiqamətində köklü islahatların aparılması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin prokurorluq orqanlarının qarşısında duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verilib.

Dövlətlərimiz arasında əlaqələrin dərinləşdirilməsinə mühüm önəm verən nazir Məhəmməd Nəsiri ölkəsinin məhkəmə sisteminin fəaliyyəti barədə ətraflı danışaraq, respublikamızda aparılan məhkəmə-hüquq islahatları barədə məlumatlı olduğunu bildirməklə, bu sahədə görülən işləri maraqla izlədiyini xüsusi vurğulayıb. Mərakeş Krallığının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar beynəlxalq və regional təşkilatlarda ölkəmizin ədalətli mövqeyini daim dəstəklədiyini diqqətə çatdıran qonaq öz növbəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu, beynəlxalq hüququn norma və prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini arzulayıb.

Görüşdə, həmçinin hər iki ölkənin ədliyyə və prokurorluq orqanları arasında əməkdaşlığın gələcək perspektivləri, qarşılıqlı təcrübə mübadiləsinin təşkilinin zəruriliyi, insan haqlarının qorunması, qanunvericiliyin təkmilləşdirilməsi və digər maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523

Oxşar yazılar