“İki ildən çoxdur, Azərbaycan və Ermənistandan xahiş edirik...”
15 mart 2011 16:56 (UTC +04:00)

“İki ildən çoxdur, Azərbaycan və Ermənistandan xahiş edirik...”

“Cəbhə xəttində baş verən insidentlərlə bağlı Azərbaycan prezidenti ilə müzakirələr apardıq”. APA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri Bernar Fasie jurnalistlərə açıqlamasında deyib. Cəbhə xətində sonuncu insident baş verəndə - 9 yaşlı azərbaycanlı Fariz Bədəlov öldürüləndə Vilnüsdə olduqlarını, bu barədə xəbər alan kimi dərhal bəyanat yaydıqlarını deyən diplomat ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikdən məsələ ilə araşdırma aparmağı xahiş etdiklərini bildirib: “Bu araşdırmalara artıq başlanıb. Cənab Kaspşik və onun komandası öz işlərinə, monitorinqlərə başlayıb. Bu iş davam edir. Hələ nəticələri almamışıq. Biz həmişə deyirdik ki, atəşkəs haqqında əldə olunan razılığı daha da möhkəmləndirmək lazımdır. İki ildən çoxdur ki, həmsədrlər hər iki tərəfdən snayperləri geri çəkməyi xahiş edir. Tərəflər bizi eşitsəydi, bu hadisə də baş verməzdi”.

Qeyd edək ki, Azərbaycanda görüşlərini başa vuran ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie (Fransa), Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) bu gün Bakıdan İrəvana yola düşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 521

Oxşar yazılar