Zahid Oruc: “Zabitin intihar etməsi göstərir ki...”
15 mart 2011 15:26 (UTC +04:00)

Zahid Oruc: “Zabitin intihar etməsi göstərir ki...”

APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.
Söylədiyi fikirlərin bir ehtimal olduğunu söyləyən deputatın sözlərinə görə, belə faktın əks effekt verməməsi üçün məlumatlar ilk andan mətbuata təqdim olunmalıdır: “Faktların gizlədilməsi müxtəlif versiyaların yaranmasına səbəb olur. Konkret məsuliyyət daşıyan insanlar varsa, onun cəzası çox normal qaydada, hüquqi formada, məhkəmələr vasitəsi ilə verilməlidir. Biz hərbi sistemdə hüquqi münasibətləri bərqərar eləməliyik. Zabit-əsgər münasibətləri hüquqa dayanmalıdır, seçimə, baxışa yox”.
Z. Oruc bildirib ki, bu günədək hökumət parlamentdə hesabat versə də, müdafiə nazirinin hesabat verməsinə dair təkliflər qəbul edilməyib: “Bu, hüquqi cəhətdən həllini tapmamış bir məsələdir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 541

Oxşar yazılar