Bahar Muradova Serj Sərkisyana və onun xanımına müraciət edib
15 mart 2011 13:46 (UTC +04:00)

Bahar Muradova Serj Sərkisyana və onun xanımına müraciət edib

APA-nın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bu gün keçirilən iclasındakı çıxışında bildirib.

B. Muradova diqqəti bir neçə gün əvvəl Ağdamın Orta Qərvənd kəndində erməni snayperindən açılan atəş nəticəsində Fariz Bədəlovun qətlə yetirilməsinə yönəldib. Sədr müavini deyib ki, bu hadisə 8 Mart Beynəlxalq Qadınlar Günü, insanların Novruz Bayramına hazırlaşdığı bir vaxtda baş verib: “Bu addım prezidentlərin Soçi görüşündən sonra oldu. Öldürülən hərbçi deyil, 9 yaşlı uşaqdır. Mən bu gün Azərbaycanda səfərdə olan ATƏT sədrinə müraciət edirəm. Nə vaxta qədər uşaq qatili olan Ermənistana dəstək verəcəksiniz? Biz hər dəfə bu məsələləri qaldıranda tərəflər arasında etimadın təmin olunmasından danışırlar? Bundan sonra qarşı tərəfə necə etimad göstərmək olar?”
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1181

Oxşar yazılar