ABŞ Dövlət Departamentinin xüsusi nümayəndələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olublar
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ölkəmizdə səfərdə olan ABŞ Dövlət Departamentinin xüsusi nümayəndələri - Anti-semitizmin monitorinqi və ona qarşı mübarizə üzrə xüsusi elçi Hanna Rozental, Müsəlman icmaları ilə iş üzrə xüsusi nümayəndə Fərəh Pandit və onları müşayiət edən şəxsləri qəbul edib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə müasir dünyada din və gənc nəsil məsələlərinə toxunulub, hər cür milli - dini ayrı-seçkiliyin, dini ekstremizmin qarşısının alınması məsələləri barədə fikir mübadiləsi aparılıb.
Xüsusi nümayəndələr Azərbaycana səfərin “2011-Nifrət əleyhinə saatlar” kampaniyasına hazırlıq məqsədi daşıdığını qeyd ediblər. Onlar bildiriblər ki, Azərbaycanın məxsus olduğu tarixi tolerantlıq ənənələrini yüksək dəyərləndirmələri məhz ölkəmizə səfər seçimində həlledici rol oynayıb. ABŞ Dövlət Departamentinin xüsusi nümayəndələri bu məsələdə Azərbaycanın malik olduğu təcrübəyə, “2011-Nifrət əleyhinə saatlar” kampaniyası çərçivəsində ölkəmizin mənəvi dəstəyinə güvəndiklərini xüsusi vurğulayıblar.
Hidayət Orucov deyib ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, insanların inanclarına hörmət və dövlət qayğısı Konstitusiyamızda və “Dini etiqad azadlığı haqqında” qanunda öz əksini tapıb. Ölkəmizdəki bütün dinlər və onların mənsubları bərabərhüquqludur. Onun sözlərinə görə, tarixən etnik-dini tolerantlıq məkanı olan Azərbaycanda heç zaman milli ayrı-seçkilik səbəbindən münaqişələr baş verməyib. Respublika ərazisindəki mövcud xristian-provaslav məbədləri planlı şəkildə təmir və bərpa olunur, katolik kilsələri və yeni sinaqoqlar tikilir. O cümlədən bir müddət öncə şəhərimizin mərkəzində Azərbaycan Aşkenazi Yəhudiləri üçün məbəd ucaldılıb, Dağ Yəhudiləri üçün isə tikilən sinaqoqun inşası başa çatmaqdadır. Qeyri-müsəlman xalqlarının müqəddəs bayramlarında, ümumxalq hüzn günlərində Azərbaycan Prezidenti İlham Əliyev ölkə vətəndaşlarına müvafiq müraciətlər edir.
Dövlət Komitəsinin sədri əlavə edib ki, “din və gənc nəsil” həqiqətən, dünya əhəmiyyətli mövzudur, “nifrət əleyhinə saatlar” formatında dini maarifləndirmə məsələlərində niyyət müsbət olduğundan hər cür dəstəyə layiqdir: “Dinlərarası dialoq üzrə yüksək səviyyəli konfrans və dünya dinləri liderlərinin sammitinə ev sahibi olan Azərbaycan beynəlxalq tədbirlər məkanı kimi də maraqlı ölkədir. “2011-Nifrət əleyhinə saatlar” kampaniyasına hazırlıq işlərinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəal qoşulacaq”.
Görüşdə ABŞ-ın ölkəmizdəki səfirinin müavini Adam Sterlinq iştirak edib.

639