BAXCP islahatları sürətləndirməyə çağırır
Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.
Son günlər bir qrup gəncin və siyasi partiya təmsilçilərinin etiraz aksiyaları keçirməyə cəhd göstərmələrini müzakirə edən BAXCP İdarə Heyəti hakimiyyəti islahatları sürətləndirməyə çağıran bəyanatla çıxış edib. Bəyanatda qeyd olunur ki, xalqın etimad göstərmədiyi və tanımadığı siyasi qüvvələrin və gənclərin çağırışı ilə narazı elektoratın etiraz aksiyalarına qoşulmaması iqtidarda arxayınçılıq yaratmamalıdır: “Azərbaycan xalqının kütləvi etiraz aksiyalarına dəstək verməməsi həm də Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi son qərarlardan və vətəndaşlarımızın ölkədə sabitliyin pozula biləcəyi ilə bağlı narahatlığından qaynaqlanır. 1993-cü ildə ölkədə siyasi sabitliyin pozulması daha 5 rayonun ermənilər tərəfindən işğalı ilə nəticələnmişdi və xalqımız yaxın tarixdə baş verən bu hadisələri yaxşı xatırlayır. BAXCP iqtidarı qeyd olunan və olunmayan bu kimi məqamları nəzərə alaraq, ölkə həyatının bütün sahələrində islahatları sürətləndirməyə çağırır”.

659