“BDU-nun qarşısında heç bir icazəsiz aksiya keçirilə bilməz”
“Bakı Dövlət Universitetinin qarşısında heç bir icazəsiz aksiya baş verə bilməz”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında BDU-nun rektoru Abel Məhərrəmov deyib.
Rektor bildirib ki, universitet öz fəaliyyətini adi qaydada davam etdirir: “Tələbələrin dərsə davamiyyətində heç bir dəyişiklik yoxdur. Əksinə, Bakı Dövlət Universitetinin tələbə-müəllim heyəti universitetin qarşısında aksiya keçiriləcəyi barədə yayılan məlumatlardan, təxribatdan narahat olublar. Bununla bağlı mənə müraciət olunub ki, biz də cavab olaraq aksiya keçirək. Lakin biz buna əhəmiyyət vermirik. Bu, əhəmiyyətsiz məslədir”.
A. Məhərrəmov onu da deyib ki, indiyə kimi BDU-nun heç bir tələbəsi, heç bir əməkdaşı qanunsuz keçirilən aksiyalarda iştirak etməyib, bundan sonra da iştirak etməyəcək: “Biz prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyirik. Aksiya keçirmək məsələsi təxribatdan başqa bir şey deyil”.

581