ATƏT sədri Azərbaycanda siyasi partiyaların rəhbərləri ilə görüşür
APA-nın məlumatına görə, ATƏT-in Bakı Ofisinin rəhbəri Ali Bilgə Cankorelin də qatıldığı görüşdə Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, BAXCP sədri Qüdrət Həsənquliyev, YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ALP sədri Əvəz Temirxan və Ümid Partiyasının sədri İqbal Ağazadə iştirak edirlər.
ATƏT sədri çıxışında Azərbaycanın Avropada və regionda vacib ölkə olduğunu bildirib. O, ölkədə demokratik islahatlar aparılmasının vacibliyini vurğulayıb: “ATƏT üçün plüralizm, azad media, sərbəst toplaşmaq azadlığına nail olmaq olduqca mühümdür. Ötən il noyabrın 7-də keçirilmiş parlament seçkiləri göstərdi ki, Azərbaycanda inkişaf etmək üçün imkanlar var. Partiya sədrlərinin ölkədəki vəziyyətlə bağlı məlumat verməsini istərdik”.
A. Ajubalis Azərbaycanda partiyaların həm parlamentdə, hım də parlamentdən kənarda normal fəaliyyət göstərə bilməsinin vacibliyinə toxunub. O, Azərbaycanın seçki qanunvericiliyinə müəyyən dəyişikliklər edilməsinin zəruriliyini də qeyd edib. ATƏT sədri Azərbaycanın demokratiya yolunu seçdiyini də vurğulayıb.
Sonra partiya sədrləri çıxış ediblər. A. Mollazadə Azərbaycanda sərbəst toplaşma azadlığı, digər partiya sədrləri isə əsasən Dağlıq Qarabağ münaqişəsi haqqında danışıblar. X. Kazımlı və İ. İsmayılov ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yetərincə səy göstərmədiyini bildiriblər.
Daha sonra görüş media təmsilçilərinin iştirakı olmadan davam etdirilib.
Qeyd edək ki, dəvətli olan AVP, VBP, BQP sədrləri və AXP nümayəndəsi Pənah Hüseyn görüşə qatılmayıblar.

676