Baş Polis İdarəsi Müsavat Partiyasının mitinq cəhdi ilə bağlı məlumat yayıb
12 mart 2011 18:15 (UTC +04:00)

Baş Polis İdarəsi Müsavat Partiyasının mitinq cəhdi ilə bağlı məlumat yayıb

Bakı şəhər Baş Polis İdarəsi Müsavat partiyasının martın 12-də keçirmək istədiyi mitinqlə bağlı məlumat yayıb.


İdarədən Lent.az-a daxil olan sənəddə bildirilir ki, Müsavat Partiyasının rəhbərliyi metronun “Neftçilər” stansiyası yaxınlığındakı “Praqa” şadlıq sarayının qarşısından başlayaraq, Qara Qarayev prospekti ilə “Təbriz” kinoteatrınadək yürüş-mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.


“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin I hissəsinin tələbləri, o cümlədən ictimai təhlükəsizlik və digər şəxslərin hüquq və mənafelərinin qorunması baxımından, aksiya marşrutunun və yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq Səbail rayonunun Bibiheybət qəsəbəsində yerləşən stadionun ərazisi təklif olunub. Bu barədə müraciət müəlliflərinə rəsmi məlumat verilib. Lakin tədbirin dinc və qanuni qaydada, yazılı xəbərdarlıqda göstərilmiş və toplantıya qoyulmuş şərtlərə uyğun keçirilməsini təmin etmək üçün bütün mövcud imkanlardan istifadə etmək barədə həmin Qanunun 12-ci maddəsinin III hissəsinin tələbinə riayət etməyən təşkilatçılar hakimiyyət orqanları ilə qarşıdurmaya getməkdə maraqlı olduqlarını növbəti dəfə nümayiş etdiriblər. Onlar həmin gün saat 14:00-dan başlayaraq, ümumi sayı təxminən 150 nəfərədək olan kiçik qruplarla şəhərin mərkəzi hissəsində, əsasən, Nizami küçəsi və “Fəvvarələr” meydanı istiqamətində yürüş keçirməyə cəhd göstərib.


Xidməti vəzifələrini yerinə yetirən daxili işlər orqanları əməkdaşlarının gördüyü tədbirlər nəticəsində qanunsuz aksiya keçirmək cəhdinin qarşısı alınıb, asayişin kütləvi şəkildə pozulmasına imkan verilməyib. Görülmüş tədbirlərlə qanunazidd hərəkətlərin qarşısı alınaraq 50 nəfər saxlanılıb. Onlardan asayişin mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan 20 nəfərin əməlləri ərazi polis bölmələrində müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti məhkəmələrə göndərilib. İzahatları alınmış 30 nəfər isə hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb.

Fakt üzrə araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 571

Oxşar yazılar