9 yaşlı Fariz Bədəlovun öldürülməsi məsələsi AŞPA-da müzakirəyə çıxarılacaq
Bu barədə APA-ya Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan bu məsələni bütün beynəlxalq strukturlar çərçivəsində qaldırır: “AŞPA nümayəndə heyətinin üzvləri olaraq biz bu məsələni Avropa Şurası və AŞPA-da qaldıracağıq. Ermənistanın törətdiyi bu vəhşilik, bu vandalizm aktı Avropa Şurasının üzvlərinə, rəhbərliyinə bütün aspektlərdə çatdıracağıq. Ermənistanın bu addımı bir daha onların iç üzünü göstərir. Həyətində oynayan körpə bir uşaq snayperlərlə qətlə yetirilməsi Ermənistan rəhbərliyinin yürütdüyü siyasətin mahiyyətini ortaya qoyur. Göstərir ki, onlar körpə uşaqları belə qətlə yetirməyə belə qadirdirlər. Biz onların körpə uşaqlara qarşı törətdikləri vəhşilikləri, vandalizm aktlarını Xocalı soyqırımı zamanı, Ermənistanın torpaqlarımızı işğal etdiyi zamanı da görmüşük. Çox təəssüf ki dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Ermənistanın bu əməllərinin cəzalandırılması üçün lazımi addımlar atmadılar, bunun nəticəsidir ki, həm beynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət tərəfindən, ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən Ermənistana təzyiqlərin edilməməsi nəticəsində Ermənistan həmin vandalizm aktlarını davam etdirir. Sivil insanların, körpə uşaqların qətlə yetirilməsi beynəlxalq hüquqa, Avropa Şurasının prinsip və dəyərlərinə görə ən ağır cinayətlərdən biridir”.
Qənirə Paşayeva sessiya çərçivəsində Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi məsələsinin qaldırılacağını bildirib: “Biz bu məsələni qaldıraraq vurğulayacağıq ki, Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Öhdəlikdə deyilir ki, tərəflər münaqişənin sülh yolu ilə həllinə çalışmalıdır, amma Ermənistan nəinki münaqişənin sülh yolu ilə həlli üçün heç bir addım atmır, əksinə körpə uşaqları snayperlərlə qətlə yetirərək vəziyyəti daha da gərginləşdirən addımlar atır. Ermənistan AŞ PA-nın qəbul etdiyi qətnamələrin tamamilə əksinə addım atır. Həmin qətnaməyə görə Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməli, Azərbaycan qaçqın və köçkünlərin qayıtmasına imkan verməlidir, Ermənistan isə neçə illərdir AŞPA-nın bu qətnaməsini nəinki yerinə yetirmir, əksinə atəşkəsi pozaraq, körpə uşaqları qətlə yetirərək özlərinin vandalizm aktlarını davam etdirirlər. Avropa Şurası, AŞPA 9 yaşlı uşağın qətlə yetirilməsini pisləməli, bu məsələyə özünün mənfi münasibətini ortaya qoymalı və Ermənistana qarşı addımlar atmalıdır, təzyiqlər etməlidir. Biz bunu Avropa Şurasının bütün qurumları çərçivəsində təkcə çıxışlar etməklə deyil, təşkilatın sənədləri şəkilində də qəbul edilməsinə nail olmağa çalışacağıq”.

752