Müsavat Partiyası aksiya keçirməyə cəhd göstərib
12 mart 2011 16:03 (UTC +04:00)

Müsavat Partiyası aksiya keçirməyə cəhd göstərib

APA-nın məlumatına görə, aksiya iştirakçıları ölkədə demokratik islahatların keçirilməsi ilə bağlı şüarlar səsləndirərək, Fəvvarələr bağına tərəf hərəkət ediblər. Lakin Bakı şəhər icra hakimiyyəti tərəfindən sanksiyalaşdırılmamış aksiyanın qarşısı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən alınıb. Aksiyada iştirak edən şəxslərdən bir neçə nəfər, o cümlədən Müsavat partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı, Müsavat Patiyası başqanının müavini Tofiq Yaqublu, başqanın müşaviri Dünyaxanım Vahabova, partiyanın Səbail rayon təşkilatının sədri Hüseyn Məlik, Müsavat Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü və bir neçə partiya fəalı saxlanıb. Saxlananlar arasında satirik yazar Mirzə Sakit də var.

Bir qədər sonra isə bir neçə saqqallı şəxs “Allahu əkbər” nidaları səsləndirərək iştirakçıları aksiyanı davam etdirməyə səsləyiblər. Fəvvarələr meydanında baş tutmayan aksiyanın şəhərin müxtəlif küçələrində davam etdirilməsinə cəhd göstərilib. Lakin bu cəhdlərin də qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681

Oxşar yazılar