İtaliyadakı səfirimiz Romada yerləşən institutda mühazirə ilə çıxış edib
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, mühazirədə həmin İnstitutunun, eləcə də İtaliyanın digər təhsil ocaqlarının və elmi-tədqiqat mərkəzlərinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan İnstitutun prezidenti professor Klaudio Lo Yakono Azərbaycanın elmi tədqiqatlar baxımından böyük maraq kəsb edən ölkələrdən olduğunu bildirib.
Səfir isə çıxışı zamanı Azərbaycanın tarixi, mədəniyyəti, siyasi və iqtisadi həyatı barədə məlumat verib. Ölkəmizin regionda, eləcə də bütünlükdə beynəlxalq münasibətlər sistemində rolundan söhbət açıb, xüsusilə də Azərbaycanın əsas iştirakçısı olduğu artıq həyata keçirilmiş və perspektivdə olan beynəlxalq enerji və kommunikasiya layihələri barədə danışıb.
Səfir həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və danışıqlar prosesinin hazırkı durumuna toxunaraq, münaqişənin həllində ölkəmizin tutduğu ədalətli mövqe barədə iştirakçılara ətraflı məlumat verib.
Sonda səfir V.Sadıqov iştirakçıların çoxsaylı sualını cavablandırıb.

578